SON XƏBƏR

Azərbaycan millisinin sabiq futbolçusu inşaatda işləyir

Aprel 19
12:25 2023
Azərbaycan milli komandasının sabiq hücumçusu Uğur Pamuk futboldan uzaq düşüb.

Bunu apasport.az saytına 34 yaşlı milliləşən legionerin özü açıqlayıb.

Almaniya türkü bildirib ki, idmandan ayrıldıqdan sonra özünü yeni sahədə sınayır: "İnşaat sahəsində işləyirəm. Futboldan uzaqlaşmışam. Bu barədə heç düşünmürəm də”.

Azərbaycanda "Xəzər Lənkəran” və "Sumqayıt”ın formasını geyinmiş Uğur karyerasını bitirmək barədə düşünmür. O, yenidən yaşıl meydanlara dönmək arzusundadır: "Özümü yaya hazırlayıram. Həvəskar komandada oynamaq istəyirəm. Bu da yayda reallaşa bilər”.

Qeyd edək ki, Azərbaycan millisində cəmi 1 oyun keçirən Pamukun son klubu 2019/20 mövsümündə forma geyindiyi Almaniyanın aşağı liqa təmsilçisi "Hikret” olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook