SON XƏBƏR

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək

Avqust 04
10:06 2016
Sentyabrın 8-9-da Bakıda "Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan  bildiriblər ki, konfrans bu elm müəssisəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq.
Konfransda "Vicdan azadlığının və ana dilində danışmaq hüququnun konstitusion hüquqi təminatı”, "Müasir Azərbaycanda dövlət-din münasibətləri”, "Azərbaycan tatlarının dilinin etnoqrafik leksikasına dair Azərbaycan dilinin nitq mədəniyyəti problemləri”, "Qafqaz xalqlarının dilində işlənən "kotan” termini qədim mədəni əlaqələrin yadigarı kimi”, "Azərbaycan Respublikasında milli azlıqların mədəni irsinin qorunması və inkişafı”, "Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisi kimi” və digər mövzularda məruzələr dinləniləcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook