SON XƏBƏR

Azərbaycan münaqişəni uzun illər ərzində sülh yolu ilə həll etməyə çalışırdı

Noyabr 06
15:46 2023
Bu gün Azərbaycanın regionda lider dövlətə çevrilməsi, günbəgün nüfuzunun artması əlbəttə digər dövlətlərin ölkəmizə daha çox yaxınlaşmasını zəruri edir. Xüsusən də həm 44 günlük müharibədən böyük zəfərlə çıxması, pademiya ilə bağlı çətinlikərə baxmayaraq duruş gətirməsi, iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması doğru düzgün siyasətin və balanslı münasibətlərin nəticəsidir.

Azərbaycanın mövqeyi qəti olaraq hər kəsə bəllidir. Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizin haqlı mövqeyi yüksək tribunalardan səsləndirilir. Biz regionda dayanıqlı və əbədi sülh istəyirik. Əslində, barışıq sənədində, iki xalq arasında düşmənçilik səhifəsinin qapanmasında ən çox kaputulyant tərəf maraqlı olmalıdır. Çünki bu, ona 30 illik faktiki blokadadan qurtulub Azərbaycan və Türkiyə hesabına iqtisadi inkişafa və rifaha üz tutmaq şansı yaradacaq. 

Cinayətkar, təxribatçı və ikiüzlü xislətinə rəğmən Azərbaycan Ermənistana bu gün də sülh əlini uzadır. Öz növbəsində, Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımasını, sülh müqaviləsinin imzalanmasını tələb edir və Ermənistan gec-tez bu addımı atacaq. Əfsuslar olsun ki, beynəlxalq güclər, xüsusilə də Qərb dairələrinin Ermənistana verdiyi dəstək hayları daha da cəsarətləndirir. Nəticədə Ermənistan təxribatlar törədir, sülh prosesini ləngidir və danışıqlara kölgə salır. Hətta mövcud vəziyyəti öz xeyirlərinə dəyişmək niyyətində idilər.

Lakin Azərbaycanın stabil siyasi xətti bu gün də eyni məqsədi daşıyır. 10 noyabr Bəyanatına zidd şəkildə separatçılara gizlin yollarla silah-sursat daşıyan Ermənistan və onun havadarları Azərbaycanla sülh danışıqları aparmayaraq daha da rəzil duruma düşdü. 

Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 3 noyabr tarixində Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycan münaqişəni uzun illər ərzində sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.

44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu reallıqlardan biri də Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizidir. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün hazır olduqlarını bildirirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarışını da ermənilərə güzəştə getməyəcək. Bu məsələdə Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti sülhün, regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasının tərəfdarıdır.

Zaurə Səmədova,
Salyan şəhər 8 saylı uşaq bağçasının müdiri



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook