Azərbaycan neftdən 140 milyard, xarici şirkətlər isə 37 milyard qazanıb
Avqust 31
11:56
2016
"Böyük neft pullarının ölkəyə sel kimi axıdığı 10 ildə (2006-2015-ci illər) mənfəət neftinin satışından 122.5 milyard dollar Neft Fonduna daxil olub”.
Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
İqtisadçının sözlərinə görə, xarici podaratçı və subpodaratçışirkətlər tərəfindən büdcəyə mənfəət vergisi formasında təxminən 10 milyard dollar, əməkhaqqından gəlir vergisi formasında ən azı 1.5 milyard dollar vergi ödənib: "Beləliklə, xarici neft müqavilələrindən hökumətə mənfəət nefti və vergilər formasında 140 milyard dollara yaxın vəsait ödənib.
Bəs xaricilər burdan nə aparıb?
R.Ağayevin apardığı təhlil zaman məlum olub ki, həmin 10 ildə investrorlara özlərinə düşən 36.4 milyard dolları repatriasiya edərək ölkədən çıxarıblar: "Əlavə olaraq, 1.5 milyard dollardan çox vəsait bu şirkətlərin işçilərinəəmək haqqı formasında ödənib.
Nəticə budur ki, 10 ildə neftdən qazanlan vəsaitlərdən 80%-i mənfəət neftinin satışından xalis qazanc və vergilər formasında Azərbaycan hökumətinəçatıb.
Müstəqillik dövründə qərb investroları iləəməkdaşlıqlığımızın real nəticəsi budur. Azərbaycan Qərblə inteqrasiyanın istənilən istiqamətindən belə uduşla çıxacağına şübhə etmirəm”.
Qlobal.az