SON XƏBƏR

Azərbaycan nefti kəskin bahalaşdı: 103 dollara satılır

Sentyabr 28
09:43 2023
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,35 dollar və ya 3,37% artaraq 102,7 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin noyabr fyuçersləri 97,41 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook