SON XƏBƏR

Azərbaycan nefti ucuzlaşdı

Mart 01
00:25 2018
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 67,99 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,88 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 67,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,87 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 27-də 63,3 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 27-də 67,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook