Azərbaycan neftinin qiyməti 55 dollara çatıb
Aprel 07
10:18
2017
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,26 dollar, yaxud 0,48% artıb.
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,97 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.