SON XƏBƏR

Azərbaycan Premyer Liqasında cari mövsümün ən gənc oyunçuları açıqlandı

Yanvar 07
13:16 2024
Misli Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısında 18 yaşadək iki futbolçu meydana çıxıb.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə PFL statistika açıqlayıb. İlk iki dövrənin hər iki gənc oyunçusu "Sumqayıt”ın üzvüdür. İlk turda şans qazanan Nihad Əhmədzadə mövsümün ən gənc futbolçusudur. Sənan Muradlı isə bu siyahıda ikincidir. Onlardan başqa daha bir futbolçu 19 yaşadək Premyer Liqa matçına çıxıb. Bu, "Turan Tovuz”un oyunçusu Cavid Qasımovdur.

Mövsümün 5 ən gənc futbolçusu aşğıdakılardır:

1. Nihad Əhmədzadə ("Sumqayıt”) – 17 yaş 12 gün
 
05.08.2023. Səbail – Sumqayıt – 1:4

2. Sənan Muradlı ("Sumqayıt”) – 17 yaş 338 gün

08.12.2023. Sumqayıt – Qarabağ – 1:6

3. Cavid Qasımov ("Turan Tovuz”) – 18 yaş 58 gün
 
28.10.2023. Turan Tovuz – Kəpəz – 4:0

4. Cavad Kərimov ("Kəpəz”) – 19 yaş 20 gün
 
06.08.2023. Kəpəz – Neftçi – 1:0

5. Nəriman Axundzadə ("Qarabağ”) – 19 yaş 104 gün
 
05.08.2023. Qarabağ – Zirə - 0:1



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook