SON XƏBƏR

Azərbaycan Prezidenti Laçın yolundakı vəziyyət barədə: "Hərəkət azadlığı bloklanmayıb"

Avqust 02
01:21 2023
"Hərəkət azadlığı bloklanmayıb".

"Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews” telekanalına müsahibəsində Laçın yolundakı vəziyyətlə bağlı suala cavabında deyib.

"Aprelin 23-dən - sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəliblər", - dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və Azərbaycan sərhədçilərindən birini yaraladı: "Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar... Lakin bu yük maşınlarının üzərində də, sürücülərin uniformaları üzərində də Qırmızı Xaçın emblemləri var idi".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook