SON XƏBƏR

Azərbaycan Prezidenti Viktor Orban və Viola Amherlə söhbət edib

İyul 18
14:13 2024
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də "Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.

Qlobal.az xəbər verir ki, dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlanıb.

Azərbaycan Prezidenti həmçinin İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher ilə söhbət edib.

Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub. Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook