Azərbaycan Qazaxıstandan nərə balığı alacaq
Noyabr 15
01:05
2016
Hazırda bu istiqamətdə danışıqlar aparılır
"Report" Qazaxıstan saytlarına istinadən xəbər verir ki, nərə balığının yetişdirilməsi ilə məşğul olan Mangistau vilayətinin balıqçılıq ferması bu istiqamətdə Azərbaycandan olan iş adamları ilə danışıqlar aparır.
Eyni zamanda, Rusiya və Çin biznesmenləri də müəssisə ilə əməkdaşlıq üçün müzakirələrə başlayıblar.
Müəssisənin rəhbəri Tursınqul Jakıpovun sözlərinə görə, adı çəkilən ölkələrin bazarlarını fəth etməyə hazırlaşırlar və nərə balığının ilk partiyası noyabrın ikinci yarısında Gürcüstana yola salınacaq.
Hələlik yerli balıq yarmarka və xüsusi mağazalarda satılır və əsasən Almatı və Astanada reallaşdırılır. Müəssisə balıq kürüsünü də satışa çıxarmağı planlaşdırır.
Azərbaycan yaxın vaxtlarda Qazaxıstandan nərə balığının idxalına başlamaq niyyətindədir.

Qlobal.az