Azərbaycan reytinq siyahısında mövqeyini qoruyub
Oktyabr 03
10:32
2016
Futzal üzrə DÇ-2016-nın final mərhələsinə yekun vurulduqdan sonra milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, mundialın qarşılaşmaları cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.
Planetin 10 ən güclü komandasının da xal hesabında dəyişikliklər olub. Lakin bu, yalnız iki komandanın mövqeyinə təsir edib.
Belə ki, tarixində ilk dəfə dünya çempionu olan Argentina millisi 4-cü pilləyə yüksəlib. Cənubi amerikalılar İtaliyanı bu mövqedən sıxışdırıb.
DÇ-2016-nın uğursuzları Braziliya və İspaniya isə ilk iki pillədə ki mövqeyini qoruyub. Mundialın finalçısı Rusiya da "üçlük”də qalıb.
Mübarizəni 1/4 finalda dayandıran Azərbaycan millisinin də mövqeyi dəyişməyib. Aktivindəki xalların sayı 1435-ə çatan komandamız planetin 10-cusudu.
İlk "onluq”
1. Braziliya - 1915
2. İspaniya – 1891
3. Rusiya - 1758
4. Argentina - 1706
5. İtaliya - 1630
6. İran - 1605
7. Portuqaliya - 1583
8. Ukrayna - 1471
9. Qazaxıstan - 1465
10. Azərbaycan – 1435