SON XƏBƏR

Azərbaycan-Rusiya sərhədində qarşılıqlı fəaliyyət haqqında saziş təsdiq edilib

Noyabr 30
15:27 2023
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş”i təsdiq edib.
 
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook