SON XƏBƏR

Azərbaycan sahibkarları "India Pharma-2017" və "India Medical Device-2017" sərgilərinə dəvət olunurlar

İyul 17
20:05 2016
Gələn il fevralın 9-11-də Hindistanın Benqalur və Karnataka şəhərlərində əczaçılıq, tibbi avadanlıqlar sənaye sahələri üzrə "India Pharma-2017" və "India Medical Device-2017" adlı ikinci beynəlxalq sərgi və konfranslar keçiriləcək.
 
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində sərgi və konfranslarla yanaşı, digər müvafiq tədbirlərin keçirilməsini də nəzərdə tutulub. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları tədbirdə iştiraka dəvət olunurlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook