SON XƏBƏR

Azərbaycan şahmatçıları Avropa çempionatında Rusiyanı məğlub edərək birinci pilləyə yüksəliblər

Noyabr 06
00:10 2017
Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandası Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatında liderliyə yüksəlib.
 
"Report"un məlumatına görə, zəka ustaları buna VIII turda Rusiya üzərində 3:1 hesablı qələbə sayəsində nail olublar. Birinci lövhədə Şəhriyar Məmmədyarov qara fiqurlarla Aleksandr Qrişuku, ikinci lövhədə Teymur Rəcəbov ağ fiqurlarla Yan Nepomnyaşnını, dördüncü lövhədə isə Rauf Məmmədov ağ fiqurlarla Daniel Dubovu yenib. Yalnız üçüncü lövhədə Arkadi Naydiç Maksim Matlakova yenilib.
 
Bununla da Azərbaycan yığması xallarını 13-ə çatdıraraq, Rusiyanı 1 xal geridə qoyub və liderliyə yüksəlib. Avropa çempionatına noyabrın 6-da yekun vurulacaq.
 
Hələlik bilinməyən rəqiblə görüşdə heç-heçə belə Azərbaycan millisini tarixində üçüncü dəfə Avropa çempionu edəcək. Daha əvvəl bu nailiyyətlər 2009 və 2013-cü illərdə əldə olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook