Azərbaycan şahmatçısı Avropa çempionu olub
Aprel 29
16:18
2024
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb.
"Report" xəbər verir ki, 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5.