Azərbaycan şahmatçısı Fransa çempionu olub
İyun 10
13:31
2024
Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.
"Report" Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 8 komandanış iştirak etdiyi birincilik 7 turdan ibarət olub.
Rauf Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.