Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə yeni bəndlər əlavə edilir
Oktyabr 27
16:41
2016
Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilir.
"Report”un xəbərinə görə, məcəllənin 57-ci maddəsinə yeni bənd əlavə edilib.
Əlavəyə əsasən, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.
Həmçinin, məcəlləyə 68-ci maddəsinə də bəndlər əlavə edilib. Əlavəyə əsasən, tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir. Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Tikintiyə icazə sənədində tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir.