SON XƏBƏR

Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutdu

İyun 29
06:13 2017
Komanda üzvləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

"Report"un məlumatına görə, qızıl medallara Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) sahib olub. Şahin Muxtarov
(50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.
Bu nəticə ilə Azərbaycan yığması çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52 xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ötənilki Avropa çempionatında Azərbaycanın sərbəst güləş komandası 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook