SON XƏBƏR

Azərbaycan – Şimali İrlandiya oyunundan AFFA 91,5 min manat qazanıb

İyun 17
00:49 2017
AFFA Azərbaycan və Şimali İrlandiya yığmaları arasında iyunun 10-da keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından gəlirini açıqlayıb


Qurumun rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, bu məbləğ 91 min 165 manat təşkil edib.


Gəlir bilet və Skybox satışından götürülüb. Məbləğ isə ƏDV ilə birgə göstərilib.


Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Şimali İrlandiya oyunu qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook