Azərbaycan şirkətinin Serbiyada tikdiyi avtomobil magistralının təntənəli açılışı olacaq
Noyabr 07
00:28
2016
Serbiyanın Milanovtsa şəhərində Azərbaycanın "AzVirt” MMC şirkəti tərəfindən inşa olunan ölkənin əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin açılışına böyük hazırlıq işləri görülür.
AZƏRTAC-ın Serbiyaya ezam olunmuş müxbiri məlumat verir ki, noyabrın 7-də keçiriləcək təntənəli mərasimdə Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov, yolun inşa olunduğu ərazilərin rəhbər şəxsləri və sakinləri iştirak edəcəklər.
Ljig-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina avtomobil yolu Azərbaycan və Serbiya hökumətləri arasında imzalanmış kredit sazişinə əsasən inşa olunub.