SON XƏBƏR

Azərbaycan taekvondoçuları Hollandiyadan 10 medalla qayıdır

Mart 14
01:13 2017
Hollandiyanın Eyndhoven şəhərində keçirilən "Dutch Open” beynəlxalq turnirinə yekun vurulub. G1 kateqoriyalı yarışın son günündə Azərbaycanın gənc və böyüklərdən ibarət yığma komandaları 10 medal qazanıb.
 
Sonuncu yarış günündə gənc taekvondoçu Xanoğlan Kərimov (45 kq), böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və olimpiya çempionu Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Qadın taekvondoçu Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
 
Yarışın ilk günündə isə böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) bürünc medala sahib olub. 
 
Beləliklə, Azərbaycan taekvondoçuları beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook