SON XƏBƏR

Azərbaycan taekvondoçusu dünya çempionatında medal qazanıb

Noyabr 18
10:42 2016
Qaşım Maqomedov finalda cənubi koreyalıya uduzub

Kanadanın Bernabi şəhərində gənc taekvondoçular arasında keçirilən dünya çempionatında Azərbaycan yığması daha bir medal qazanıb. 

"Report"un məlumatına görə, ikinci yarış günündə 55 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov gümüş medala sahib olub. Ardıcıl olaraq, ukraynalı, çinli, meksikalı, italiyalı və iranlı rəqiblərini məğlub edən Maqomedov finalda cənubi koreyalıya uduzub. 

Qeyd edək ki, bu, dünya çempionatında Azərbaycan yığmasının ikinci medalı olub. İlk yarış günündə Ayaz Qəmbərli (45 kq) bürünc medala yiyələnib.  
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook