Azərbaycan təbii qazı Avropanın bir addımlığında
Avqust 01
16:25
2019
SOCAR Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasındakı fəaliyyəti ilə nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadir bir şirkət olduğunu sübut edib.
Şirkətdən bildirilib ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Trans-Adriatik” (TAP) boru kəmərinin inşasında 88,5 faiz işlər yekunlaşıb. Layihə üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.