Azərbaycan Türkiyədən böyük miqdarda qara sarımsaq idxal edəcək
Noyabr 05
11:58
2018
Yaxın vaxtlarda Azərbaycan Türkiyədən böyük miqdarda qara sarımsaq idxal edəcək.
Bu barədə Türkiyənin ən böyük qara sarımsaq istehsalçılarından olan Halit Cebeci deyib. O, başda Almaniya, Rusiya və Azərbaycan olmaqla bir çox Avropa və Yaxın Şərq ölkələrindən sifariş gəldiyini söyləyib:
"Yaxın tarixdə bu ölkələrə böyük miqdarda qara sarımsaq ixrac edəcəyik".
Qara sarımsağın xəstəliklərə qarşı yaxşı müalicə vasitəsi olduğunu vurğulayan Cebeci bunun altzheymer və xərçəng xəstəliklərinin qarşısının alınmasında da böyük rol oynadığını bildirib.