SON XƏBƏR

Azərbaycan Ukrayna zavoduna 85 min tona yaxın neft təhvil verib

Yanvar 24
01:15 2018
Ukraynanın Kremençuq neft emalı zavodu üçün göndərilən 84,841 min ton Azərbaycan neftinin Odessa limanında boşaldılması prosesi yekunlaşıb.
 
"APA-Economics”in Ukraynanın "Enkorr” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Dəniz Limanları Administrasiyasının mətbuat xidmətindən məlumat verilib: "Ənənəvi olaraq Azərbaycan nefti ilə dolu tanker Gürcüstanın Supsa limanından gəlib".
 
Qeyd edək ki, 2016-cı ilin sonunda "Ukrtatnafta” şirkəti SOCAR ilə Kremençuq neft emalı zavodunda emal olunması üçün illik olaraq 1,3 mln. ton Azərbaycan neftin çatdırılması ilə bağlı müqavilə imzalayıb. 2017-ci ilin nəticələrinə əsasən, bu müqavilə sayəsində Ukrayna 960 min ton Azərbaycan nefti idxal edib.
 
"Ukrtatnafta” şirkətinin hesablamalarına görə, Azərbaycan neftinin tədarükü sayəsində 2017-ci ildə zavodun xammal emalı 41%-dən çox artacağı gözlənilirdi: "Ötən il emal 8 faiz artaraq 2,3 milyon tona qədər artıb".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook