SON XƏBƏR

Azərbaycan və İran Xəzərdə birgə enerji layihələrinə hazırlaşırlar

Sentyabr 28
13:09 2017
Azərbaycan və İran Xəzərdə neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə danışıqlar aparıblar.
 
İdarəedici direktor Möhsün Delavirin başçılığı ilə KEPCO (Khazar Exploration and Production Company) şirkətinin nümayəndə heyəti Rövnəq Abdullayevin dəvəti ilə Bakıya gələrək SOCAR rəhbərliyi ilə danışıqlar aparıb.
 
SOCAR prezidenti R.Abdullayev bildirib ki, İran və Azərbaycan arasında energetika sektorunda əməkdaşlıq üçün böyük baza var:
 
"Hər iki ölkə Xəzərdə karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi üçün mümkün olan hər şeyi etməlidir".
 
SOCAR və NIOC arasında 2015-ci ildə imzalanmış sazişə toxunan KEPCO rəhbəri qeyd edib ki, energetika sektorunda ikitərəfli əməkdaşlıq üçün bir çox imkanlar mövcuddur.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook