Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqləndi
İyul 15
13:54
2024
Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sazişlər təsdiqlənib.
Sənədə əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.
Həmçinin, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı sənədləri imzalayıb.