Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək
Noyabr 15
06:35
2023
Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək. Bu barədə "Report”un Ankara bürosuna Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bildirib.
Ankarada Azərbaycan və Türkiyə hökumətlərinin mədəniyyət sahəsində əməkdaşlığına dair sazişi dəyərləndirən nazir bildirib ki, sənədin təməl prinsipləri həm də "Şuşa Bəyannaməsi”nə əsaslanıb: "Eyni zamanda mədəniyyətin bütün sferaları üzrə qarşılıqlı işçi qrupları səviyyəsində yeni layihələrin icra olunması planlaşdırılıb”.
O, həmçinin qeyd edib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə faydalı görüşlər keçirib.