SON XƏBƏR

Azərbaycan Vəkillər Kollegiyası nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilən ilk Cənubi Qafqaz ölkəsi oldu

İyun 17
10:36 2023
Azərbaycan Vəkillər Kollegiyası Amsterdam şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Konqressində sözügedən təşkilata tamhüquqlu üzv qəbul olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

Sədr bildirib ki, Azərbaycan 1 milyondan çox vəkilini birləşdirən FBE təşkilatının 21-ci üzvü və Cənubi Qafqazdan təşkilata üzv qəbul olunan ilk ölkədir.

"FBE təşkilatına yalnız Avropanın tam müstəqil vəkil peşə birlikləri qəbul oluna bilərlər. Artıq Azərbaycan vəkilləri böyük Avropa vəkil ailəsinə tam inteqrasiya olunublar fikrini əminliklə bildirə bilərik. Bu, bötüvlükdə Azərbaycanımızın, ölkəmizin hüquq cəmiyyəsinin, ölkə vəkilliyinin böyük uğurudur. Bu münasibətlə ölkəmizi, hər birinizi ürəkdən təbrik edirəm” - deyə sədr əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook