Azərbaycan voleybol millisi Avropa Liqasında ardıcıl 5-ci qələbəsini qazanıb
İyun 12
00:16
2016
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasında II dövrənin daha bir oyununa çıxıb.
"Report"un məlumatına görə, Fransanın Renn şəhərində təşkil olunan bu dövrənin ikinci turunda rəqib İspaniya yığması olub.
"Report"un məlumatına görə, Fransanın Renn şəhərində təşkil olunan bu dövrənin ikinci turunda rəqib İspaniya yığması olub.
Görüş ilk dövrədə olduğu kimi, Faiq Qarayevin baş məşqçi olduğu komandanın xeyrinə başa çatıb - 3:1 (25:14, 25:19, 14:25, 25:17). Bu, Azərbaycan millisinin ardıcıl 5-ci qələbəsi olub. Hələ ötən gün yığmamız Monteneqro üzərində 3:0 hesablı qələbə sayəsində qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edib.
İyunun 12-də son görüşündə Fransa üzərində də qələbə qazanacağı təqdirdə, F.Qarayevin komandası "B" qrupunu maksimum nəticə ilə tamamlayacaq.
Qeyd edək ki, final mərhələsi çərçivəsində ilk yarımfinal oyunları iyunun 23-də, təkrar qarşılaşmalar isə iyunun 26-da olacaq.
Qlobal.az