SON XƏBƏR

“Azərbaycan xalqı Ərdoğanı doğması kimi qarşılayacaq” - Deputat

İyun 12
12:52 2023
"Səfər münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün yeni bir fürsətdir”.
 
Bunu  Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana olacaq səfərini şərh edərkən deyib. 

Deputat qeyd edib ki, bu səfər ilk növbədə ehtiram, dostluğun nümunəsidir.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərlərindən birini Azərbaycana etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Hər iki ölkə qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün daima səy göstərir. Ərdoğanın Azərbaycanın böyük dostu olduğu hamıya məlumdur. Onun prezident seçilməsi Azərbaycanda da böyük rəğbətlə qarşılandı. İki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq var. Ancaq əməkdaşlığın son həddi deyilən anlayış yoxdur. Hər zaman əməkdaşlığı dərinləşdirmək, yeni imkanlar tapmaq, yeni sahələri əhaətə etmək mümkündür. Bu baxımdan hesab edirəm ki, sabahkı görüşdə ikitərəfli əməkdaşlığın bütün sahələri bir daha nəzərdən keçiriləcək”, deyə Aydın Mirzazadə fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək. 
 
Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook