SON XƏBƏR

Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv olub

İyun 07
11:22 2022
İcbari Sığorta Bürosu (İSB) 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib.

Bu barədə "Report”a İSB-dən məlumat verilib.

Açıqlamada deyilir ki, İSB "Milli Yaşıl Kart" Bürosunun funksiyalarını həyata keçirir. Büro "Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Bürolar Şurasına üzvlüyün ilk 10 illik müddəti keçici hüquqlu olmaqla tənzimlənir. Büronun fəaliyyətinin dəyərləndirilməsi nəticəsində keçici üzvlük statusu ləğv edilib və İcbari Sığorta Bürosu Bürolar Şurasının həqiqi üzvü seçilib. Bu barədə qərar Serbiyanın Belqrad şəhərində 2-3 iyun 2022-ci il tarixində keçirilmiş Bürolar Şurasının 56-cı Assambleyasında qəbul edilib.

İcbari Sığorta Bürosunun icraçı direktoru tədbirdə çıxış edərək 48 ölkə təmsilçilərinə qərarı dəstəklədikləri üçün təşəkkür etmiş, Türkiyə "Yaşıl Kart" Bürosu ilə birlikdə həyata keçirilən inteqrasiya barədə təqdimatı iştirakçıların diqqətinə çatdırıb. Ölkəmizin regionda beynəlxalq logistika mərkəzinə çevrildiyi bir dövrdə belə bir nəticənin əldə olunması xüsusi önəm daşıyır.

İcbari Sığorta Bürosu bu uğura imza atmaqla, keçici üzv olan Bürolardan tələb olunan təminatın 5 000 000 mnat məbləğinin ölkəmizə geri qaytarılmasına nail olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook