SON XƏBƏR

Azərbaycan yeni turizm istiqaməti kimi məşhur Promovacances turizm şəbəkəsinə daxil edilib

Noyabr 03
02:39 2016
Noyabrın 2-də Azərbaycan yeni turizm istiqaməti kimi məşhur Promovacances turizm şəbəkəsinə daxil edilib. Bu gündən etibarən şəbəkənin internet saytında ölkəmizin mehmanxanaları haqqında məlumatla tanış olmaq mümkündür.
 
1998-ci ildə "promovacances.com” saytı vasitəsilə turizm xidməti göstərən şirkət 2001-ci ildə Karavel qrupu tərəfindən alınıb və hazırda Fransanın lider turistik brendidir.
 
Promovacances turizm şəbəkəsinin ölkə daxilində 50 filialı var. Hər ay şəbəkəyə 4 milyon insan müraciət edir. Şəbəkə 120 istiqamətdə 10 mindən çox turistik səfərlər təşkil edir və ildə 40 milyon turistin arzusunu reallaşdırır.
 
Qeyd edək ki, Azərbaycanın Promovacances turist şəbəkəsinə daxil edilməsi ölkəmizdə turizmin inkişafına dair həyata keçirilmiş layihələr, dövlət proqramları və islahatların bəhrəsidir. Görülən tədbirlərin nəticəsində ölkəmizdə turizmin inkişafı üçün yaranan münbit şərait artıq xarici şirkətlərin diqqətini cəlb edir və turist axını yaradır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook