SON XƏBƏR

Azərbaycan yenidən İsrailin kamikadze PUA-larını alır

Fevral 20
10:29 2019
İsrailin hərbi şirkəti Azərbaycanla 13 milyon dollarlıq müqavilə imzalayıb.

İsrailin "Aeronautics Defense Systems" şirkəti Azərbaycanda tenderdə qalib gəldiyini elan edib, bununla yanaşı 13 milyon dollarlıq müqavilə imzalayıb.

Qeyd edək ki, "Orbiter 1K" PUA-sı 2 kiloqram partlayıcı yük daşımaq üçün uyğunlaşdırılan gövdəyə malikdir və özünü döyüş əməliyyatlarında müsbət tərəfdən göstərən əvvəlki aparatların müsbət cəhətlərini özündə birləşdirir. Bu PUA-lar hərbi məqsədlər, quruda, dənizdə və havada kəşfiyyat vəzifələrinin yerinə yetirmək üçün nəzərdə tutulub.

"Orbiter 1K" PUA-larının uçuşu avtomatik idarəetmə sistemi ilə təchiz olunub.

Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən İsrailin kamikadze PUA-ları olan "Harop”lardan istifadə edildi. "Harop” ilk dəfə məhz aprelində erməni işğalçılarına qarşı "4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixinə ilk dəfə "gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə "Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik "gəzən sursat” olan "Harop”un postsovet məkanında yeganə istifadəçisi və istehsalçısıdır. (Unikal.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook