SON XƏBƏR

Azərbaycan yığmasından imtina edən idmançı tualetdə yıxıldı

Avqust 08
11:15 2016
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb. Qlobal.az apasport.az-a istinadən xəbər verir ki, ağırlıqqaldırma yarışlarında çıxış edən ukraynalı Yuliya Paratova huşunu itirib.
 
Bunu yığmanın məşqçisi Yuri Kuçinov açıqlayıb. 48 kq çəki dərəcəsində çıxış edən yetirməsinin imkanlarından aşağı çıxış edib, 8-ci yeri tutmasına münasibət bildirən mütəxəssis uğursuzluğu idmançının sağlamlığı ilə əlaqələndirib: "Birdən qaldırma hərəkətlərindən öncə Yuliya özünü pis hiss etdi və tualetə yollandı.
 
Orada huşunu itirib, yerə yıxılıb. Bu üzdən öncədən 100 kq sifariş etsək də, idmançının durumunu nəzərə alıb, çəki 5 kq yüngülləşdirdik. Onun durumunu nəzərə alıb, körpücüyə çıxacağına da inanmırdım. Paratovanın bu vəziyyətə düşməsi isə Olimpiada öncəsi çəkisini 53 kq-dan 48 kq-a salması idi”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook