Azərbaycana gətirilən meyvələrin sertifikatı Gürcüstanda dəyişdirilir?
Noyabr 07
22:08
2019
Azərbaycanın dövlət qurumlarının fəaliyyəti sanki elə kodlaşdırılıb ki, iş adamları nə qədər çox xərcə və əziyyətə düşsə o qədər yaxşıdır…
Sahibkarlara, biznes sahələrinə hələ də bolşevik təfəkkürü ilə yanaşma davam edir. Dövlət iş adamlarının çiynində dayanır. Odur ki, iş adamlarına hücum dövlətin dayaqlarına hücumdur. Təəssüf ki, gömrük, Qida Agentliyi və vergi sahələri hələ də bu sahədə öncüllük daşıyır. Dövlət rəhbəri bu kimi struktuların qarşısına işlərini günün tələbləri səviyyəsində qurmasını şərt kimi qoysa da, bunlar hələ də sahibkarı əlavə xərcə salmaq, əziyyət verməkdən başqa mütərəqqi bir şey fikirləşə bilmirlər.
Sahibkarlara milçək tələsi
Qeyd edək ki, monopoliya məhz bu cür hədələyici qərarların sahəsində ortaya çıxır. Belə ki, sahibkar sitrus meyvələrini 15 gün depoda dincə qoyub, 5 günə Bakıya çatdırıb, 10-15 günə bazarda satışını təşkil eləməyə çalışsa, əlində cürük portagal və mandalindən başqa heç nə qalmaz. Bunu o qərarı verənlər də yaxşı bilir. Belə yerdə isə ünlü monopolist "həzrəti Əbülfəz”in dövriyəyə girməsi labüd olur.
Və beləliklə Türkiyədən gələn sitrus meyvələr özəl faktura ilə Gürcüstana gətirilir, orda sənədləri və mənşə sertifkatı dəyişdirilərək Gürcüstan malı adında Azərbaycana göndərilir. Nəticədə bir maşında 1500-2000 dollardan artıq əlavə fərq yaranır ki, bu da nəticədə bazarda malların bahalaşmasına səbəb olur.
Qarşıdan portaxal ətirli Yeni ilin gəlişini də nəzərə alıb, Qida Agentliyində əyləşən yoldaşlardan təmənnamız odur ki, monopol qoxulu qərarlarına yenidən diqqət etsələr pis olmaz.