Azərbaycana səfər təşkil edən turizm şirkətlərinə subsidiyalar verilə bilər
Mart 07
12:31
2018
Turizm Şurası nəzdində mövcud uçuş cədvəllərinin optimallaşdırılması, ölkə və regionların liberallaşdırılmış hava xidməti sazişinə daxil edilməsi məsələsinə dair təkliflərin hazırlanması məqsədilə İşçi Qrupu yaradılıb.
"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Azərbaycana turist səfərini və çarter uçuşlarını təşkil edən yerli və xarici turizm şirkətlərinə subsidiyaların verilməsi, güzəştlərin edilməsi mexanizminin yaradılması, yeni istiqamətdə uçuşların müəyyən olunması və rayonlarda mövcud hava limanlarının potensialından geniş istifadə ilə bağlı Fəaliyyət Planı "Azərbaycan Hava Yolları” QSC (AZAL) və Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılıb.