SON XƏBƏR

Azərbaycana turist axını 7% artıb

İyul 22
17:06 2019
Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, gələnlərin 29,4%-i Rusiya, 24,3%-i Gürcüstan, 10,5%-i Türkiyə, 7,5%-i İran, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, 1,5%-i Türkmənistan, hər birindən 1,4% olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3%-i Pakistan, 12,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 68%-ni kişilər, 32%-ni isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1%), Türkmənistan (81%), Hindistan (80,3%), Çin (77,1%), Səudiyyə Ərəbistanı (76,7%), Macarıstan (52,4%), Böyük Britaniya (35,7%), Kanada (30,8%), Cənubi Koreya (29,5%), Almaniya (27,2%), Yaponiya (24,6%), Pakistan (24,4%), Gürcüstan (22,8%) və Polşa (20,2%) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3% artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5% artaraq 502,5 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,0%-i dəmir yolu və avtomobil, 40,2%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən ölkə vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8% artaraq 2 540,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,1%-i İrana, 27,1%-i Gürcüstana, 18,1%-i Rusiya, 10,2%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 65,7%-ini kişilər, 34,3%-ini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4%, Gürcüstana gedənlərin sayı 11,3%, Rusiyaya gedənlərin sayı 7,3%, Türkiyəyə gedənlərin sayı isə 1,4% artmışdır.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 83,4%-i dəmir yolu və avtomobil, 15,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook