SON XƏBƏR

Azərbaycanda 1,6 milyonluq dövlət şirkəti satışa çıxarılır

Noyabr 23
15:18 2022
"Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "ASK Tekstil” MMC özəlləşdiriləcək.

Müəssisənin özəlləşdirilməsinə nüfuzlu strateji investorların cəlb edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30-dan artıq xarici şirkətə müraciətlər ünvanlanıb və müəssisə haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, müəssisə 6,4 hektar sahədə yerləşir. Müəssisədə istehsal binaları və tikililəri 12,5 min kv m, ümum faydalı sahə 30 min kv m.dir. burada 3,5 h sərbəst torpaq sahəsi var ki, investorlar burada hər hansı müəssisənin tikintisini apara bilər.

"ASK Tekstil” MMC-nin nəzdində olan fabrikin iplik istehsal sahəsində 100 faiz pambıq olan 2 növ iplik istehsal edilir. Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə, gətirilən ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları, xüsusi geyimlər istehsal edilir.

Bu avadanlıqların istehsal gücü bir günə 3 növbəli iş prinsipi əsasında 8-9 ton arasıdır.

Müəssisənin əsas vəsaitlərinin balans dəyəri 1 mln 608 min manatdır. Lakin qiymətləndirici təşkilatın qiymətləndirmələrindən sonra müəssisənin ilkin hərrac qiyməti müəyyən olunacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook