SON XƏBƏR

Azərbaycanda 181 din xadiminin fəaliyyətinə xitam verilib - RƏSMİ

İyun 21
14:38 2023
"Azərbaycanda son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib”.

"Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov "Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: "Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib”.
G.İsmayılov üçüncü vakansiya ilə bağlı sənəd qəbulu başa çatdığını da bildirib.

Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb: "Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook