Azərbaycanda 35 milyon manatlıq şirkət yaradıldı
Mart 02
11:16
2021
Azərbaycanda ilkin kapitalı 35 milyon 350 manat olan "Füzuli Airport” MMC yaradılıb.
Şirkət 28 yanvar 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi hələ müəyyənləşməyib.
Şirkət böyük ehtimalla işğaldan azad olunmuş Fizuli rayonunda tikilən hava limanının hüquqi rezidenti olacaq.
Qaynarinfo "Vergilər” qəzetinə istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21-dir.
Şirkət böyük ehtimalla işğaldan azad olunmuş Fizuli rayonunda tikilən hava limanının hüquqi rezidenti olacaq.