SON XƏBƏR

Azərbaycanda adambaşına düşən ÜDM-in dəyəri 3 800 manata yaxındır

İyul 14
13:09 2018
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 37 009,1 milyon manatlıq və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib

"Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
 
Məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2%, neft sektorunda isə 0,1% artıb.

Əlavə dəyərin 47,3%-i sənaye, 9,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6%-i tikinti, 6,3%-i nəqliyyat və anbar təsərrüfatı, 5,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə, 13,2%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3 777,6 manata bərabər olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook