Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi sabit qalıb
Yanvar 12
14:48
2017
Azərbaycanda əhalinin bank əmanətlərinin strukturunda dollarlaşma dərəcəsi 2016-cı il dekabrın 1-nə 81,19% təşkil edib. Əvvəlki ay bu göstərici 81,15% olub. Ötən ilin əvvəlində əmanətlərdə dollarlaşma 85%, 2015-ci ilin analoji dövründə isə 75,97% olub.
Cəmi depozit bazasında 2016-cı il dekabrın 1-nə dollarlaşma dərəcəsi 75,58%, noyabrın 1-nə 75,50%, yanvarın 1-nə 81,6% təşkil edib, 2015-ci il dekabrın 1-nə isə 75,9% təşkil edib.
Kreditlərin strukturunda isə dekabrın 1-nə dollarlaşma səviyyəsi 47,15%, noyabrın 1-nə 46,21%, ilin əvvəlində 49,4%, 2015-ci il dekabrın 1-nə isə 41,89% olub.