SON XƏBƏR

Azərbaycanda bank rəhbərliyinə italiyalı bankir gətirilib

Oktyabr 07
10:19 2019
Ötən həftənin son iş günündə "Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasında italiyalı bankirin Niccolo Ubertalli-nin vəzifəsini tərk etməsi barədə məlumat verilmişdi.

Qlobal.az Banker.az-a istinadən xəbər verir ki, yeni daxil olan məlumata görə, N.Ubertalli-ni artıq onun həmyerlisi Marco Iannaccone əvəz edib. M.Iannaccone bundan sonra "Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının Sədrinin Müavini vəzifəsində çalışacaq.

Marco Iannaccone 1983-cü ildə Universita degli Studi di Venezia-dan bakalavr bitirib, daha sonra isə Clemson Universitetindən İdarəetmə üzrə magistratura təhsili alıb.Professional karyerasında 2002-ci ildə "Unicredit Private Banking SpA”da Aktivlərin idarəedilməsi bölməsinin aidiyyətdə M&A fəaliyyəti üzrə məsul şəxs kimi başlayıb, daha sonra isə müxtəlif illərdə Unicredit Şəxsi Sərvət məsləhəçisi, Strategiya, Planlama və nəzarət üzrə rəhbər vəzifələrdə fəaliyyətini davam etdirib. 2008-2013-cü illərdə isə Bank Pekao Sa-da Baş Maliyyə məmuru vəzifəsini icra edib. 2013-2016-cı illərdə "Yapı Kredi Bankası” A.Ş (Türkiyə) ofisində İcraçı Vitse Prezident və Baş Maliyyə direktoru vəzifəsində çalışıb. 2016-2019-cu illərdə isə "UniCredit” Bankının (Macarıstan) Baş Direktor müavini olub.

Həmçinin, 2019-cu ilin iyil ayından etibarən isə "Yapı Kredi Bankası” A.Ş (Türkiyə) ofisində İcraçı Direktor və Əməliyyatlar üzrə Baş İnzibatçı vəzifəsində fəaliyyətini davam etdirir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook