SON XƏBƏR

Azərbaycanda baza inflyasiya 12,5%-dək sürətlənib

Noyabr 14
12:39 2016
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda baza inflyasiya ötən ilin analoji dövrünün göstəricisi 4,1%ə qarşı 12,5% təşkil edib. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
"Qiymətləri dövlət tərəfindən tənzimlənən mallar, o cümlədən mövsümi xarakter daşıyan ASK məhsulları nəzərə alınmadan, 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda baza inflyasiya ötən ilin yanvar-sentyabr aylarında 4,1%-ə qarşı 12,5% təşkil edib”, – deyə məlumatda deyilir.

Cari ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 11,2%, həmçinin ərzaq məhsulları üzrə – 12,7%, qeyri-ərzaq məhsulları üzrə 15,9%, xidmətlər üzrə – 5,2% təşkil edib.

"9 ay ərzində inflyasiyanın hesablanması üşün istifadə olunan 561 adda mallar və xidmətlərdən 22-si üzrə qiymətlər ucuzlaşıb, 39-u üzrə qiymətlər dəyişməyib.
 
Beləliklə, xidmət və malların 500 növü üzrə qiymətlərin artımı müşahidə olunub”, – deyə bankda vurğulayıblar.
 
("İnterfaks-Azərbaycan)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook