Azərbaycanda “Bərəkət ilahəsi” tapıldı (FOTO)
Oktyabr 22
09:37
2018
Yevlax rayonunda eramızdan əvvəl II əsr - bizim eranın II əsrlərini əhatə edən qədim əşyalar tapılıb.
Qlobal.az "Report"a istinadən xəbər verir ki, rayonun Səmədabad kəndi ərazisindəki Küp qəbir nekrapolunda aparılan qazıntı işləri zamanı zamanı bardaq, vaza tipli gil qablar, tunc qolbaq və şüşə muncuq aşkar edilib.
Boru kəmərinin çəkilişi zamanı üzə çıxan tapıntılar Yevlax Tarix Diyarşünaslıq muzeyinə təhvil verilib. Əşyalar arasında maraqlı görünüşə malik gildən hazırlanmış "Bərəkət ilahəsi”nin həmin dövrün insanları üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Bu əşya qədim insanların inanc vasitəsi olub.
Gildən hazırlanmış "Bərəkət ilahəsi”nə Yevlax ərazisində ilk dəfədir ki, rast gəlinir.