SON XƏBƏR

Azərbaycanda bir ailə İslam Oyunlarından 675 min manat qazandı

May 15
20:36 2017
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl medal qazanıb.

Qlobal.Az lent.az-a istinadən xəbər verir ki, snayperimiz 25 metr məsafədən standart tapança ilə atəş açma, 25 metrdən tapança ilə mərkəzə atəş açma və eyni məsafədən sürətli atəş açma yarışlarında hamıdan güclü olub. O, əldə etdiyi hər bir qızıl medala görə dövlət tərəfindən müəyyən edilmiş 150 min manat pul mükafatı alacaq. Ümumilikdə 150 min manat mükafat qazanmış idmançının məşqçiləri isə onun valideynləridir və onlar da övladlarının nailiyyətinə görə ümumilikdə 225 min manat əldə edəcəklər.

Qeyd edək ki, R.Lunyov və ailəsinin mükafat məbləğini artırmaq şansı da var. Çünki qarşıdakı günlərdə komanda halında da atıcılıq yarışları keçiriləcək və Ruslan bu yarışlarda da iştirak edəcək.

Onu da bildirək ki, R.Lunyov Azərbaycanın tanınmış idmançısı İradə Aşumovanın oğludur. Anası həm də yığmamızın baş məşqçisidir. Ruslanın atası Vladimir Lunyov isə onun şəxsi məşqçisidir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook