SON XƏBƏR

Azərbaycanda bu da oldu: Satılan suların etiketlərində mineral tərkibi əks olunmayacaq

Mart 15
15:12 2023
Dünyada hər hansı suyun insan orqanizminə müalicəvi təsiri ilə bağlı heç bir elmi göstərici yoxdur.

"APA-Economics" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu, keçmiş Sovetdən qalma göstəricidir ki, onlar müxtəlif mineral suların üzərində həmin suyun müalicəvi effekti olması ilə bağlı məlumat verib.

"Qida Təhlükəsizliyi ilə bağlı qanunun tətbiqi ilə bu ildən etibarən Azərbaycana idxal olunacaq və Azərbaycanda istehsal olunacaq mineral suların üzərində onların müalicəvi effekti olması ilə bağlı göstəricilərin və digər önə çəkilə biləcək, amma əslində isə bir suyun tərkibində mineral göstərici kimi normalda olacağını özündə ehtiva edən göstəricilərin həmin etiket göstəricilərində istehlakçının çaşdırılması və aldadılması faktlarına icazə verilməyəcək", - deyə Qoşqar Təhməzli vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook