SON XƏBƏR

Azərbaycanda bu rüsum ləğv edildi

İyun 21
15:00 2017
Nazirlər Kabineti "Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ndə dəyişiklik edib.
 
APA-nın məlumatına görə, bu Qayda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər (təbiət istifadəçisi) tərəfindən beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadənin ödənişlərinin əsaslarını və ödənişin məbləğini müəyyən edir.
 
Qaydaya əsasən indiyə qədər arı pətəklərinin (ailələrinin) xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşdirilməsinə görə hər arı pətəyi (ailəsi) üçün 1 manat aylıq ödəniş tələb edilib. Dəyişikliyə əsasən bu ödəniş ləğv edilib. Başqa sözlə, bundan sonra arı pətəklərinin (ailələrinin)  xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşdirilməsinə görə sahibkarlardan ödəniş tələb olunmayacaq. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook